Ramzan Kadırov təcili xəstəxanaya yerləşdirildi

Ramzan Kadırov təcili xəstəxanaya yerləşdirildi

Dünya 31.12.2025 23:01 38

Çeçenistanın rəhbəri Ramzan Kadırov dekabrın 24-dən 25-nə keçən gecə Moskvada təcili xəstəxanaya çatdırılıb.

AZ24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına istinadən “Novaya Gazeta Europe” məlumat yayıb.

Xəbərdə bildirilir ki, Kadırov Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən Dövlət Şurasının iclasında iştirak etmək üçün Moskvaya gəlib, lakin səhhəti kəskin pisləşib. Nəticədə o, reanimobil vasitəsilə Prezident Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasına aparılıb.

Mənbə qeyd edir ki, xəstəxanaya yerləşdirildikdən sonra Kadırov ictimaiyyət qarşısına çıxmayıb və hazırda onun sağlamlığı barədə rəsmi açıqlama verilməyib.

Reklam