Qvardiola bu türkiyəli qapıçını transfer etmək istəyir

Qvardiola bu türkiyəli qapıçını transfer etmək istəyir

İdman 14.12.2025 21:19 42

Mövsümün əvvəlində Fransanın “Lill” klubuna transfer olunan Berke Özer Avropada diqqət mərkəzinə düşüb. Türkiyəli qapıçının uğurlu çıxışı İngiltərənin “Mançester Siti” klubunun marağına səbəb olub.

AZ24.az xəbər verir ki, “Fichajes”in məlumatına görə, “Mançester Siti”nin  baş məşqçisi Pep Qvardiola 25 yaşlı qapıçının transferində israrlıdır.

Bildirilir ki, “Lill” Berke Özer üçün yüksək transfer haqqı tələb edir və ciddi təklif olmadan satışa razı deyil.

Qeyd edək ki, Berke Özer bu mövsüm “Lill” forması ilə 19 rəsmi oyunda meydana çıxıb, 21 qol buraxıb və 7 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Reklam