Qurban Qurbanov “Qarabağ”ın bu 2 oyunçusunu cəzalandırıb
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsində “Napoli” ilə matçda mübahisə edən Marko Yankoviç və Mateuş Silva barədə danışıb.
AZ24.az qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis hər iki oyunçu ilə danışdığını bildirib:
“Futbolda bu cür hallar olur. Amma vacib oyunlarda emosiyalarına sahib çıxmalıdırlar. Hər iki futbolçu ilə ciddi danışmışam. Bu məsələyə diqqət ayırmışam”.
“Onları cəzalandırmısınız?” sualına Qurbanov belə cavab verib: “Düzələr”.
Q.Qurbanov AFFA İcraiyyə Komitəsinin sonuncu iclasında iştirak etməməsi ilə bağlı da danışıb:
“Belə bir məsələ var ki, orada iştirak edən adamların hamısı iş-güc adamıdır. Belə olan halda hamını bir yerə yığmaq çətindir. 2, ya 3-cü dəfədir ki, iştirak etmirəm. Amma iclasdan əvvəl müzakirə olunan məsələlər bizə göndərilir”.
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi