Bu nəticəni gözləyirdim – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının “Sabah”la oyunda zəif təsir bağışlayacağını təxmin edib.
Az24.az xəbər verir ki, bunu ağdamlıların baş məşqçisi özü Misli Premyer Liqasının I turundan təxirə salınmış “Sabah”la oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Belə bir nəticənin olacağını təxmin edirdim. Çünki son vaxtlar komandamız çox güc sərf edir. Bəzi futbolçularımızın zədəli və xəstə olması müəyyən problemlər yaratdı. Təbii ki, bütün bunlar məğlubiyyətə səbəb olmamalıdır. Bu məğlubiyyət komandaya əlavə motivasiya verməlidir”.
Qeyd edək ki, “Sabah” – “Qarabağ” oyunu Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Reklam
Oxşar xəbərlər
“Sabah” “Qarabağ”a qalib gəldi
18.12.2025
21:45
“Qarabağ”da ciddi itki
18.12.2025
21:20
“Qarabağ”ın rəqibi Bakıda azarkeşsiz qalacaq
18.12.2025
13:10
“Qarabağ”ın pley-off və 1/8 finalda potensial rəqibləri – FOTO
18.12.2025
11:26
UEFA Konfrans Liqası: Günün oyunları
18.12.2025
09:52
“PSJ” Qitələrarası kubokun sahibi oldu
18.12.2025
09:12
FIFA 2026 Dünya çempionatında rekord mükafat fondu açıqladı
17.12.2025
20:43