Qulluqçu kimi çalışan gənc qızın sirri üzə çıxdı: O, əslində milyonçu imiş
Honkonqda bir ailənin yanında çalışan 20 yaşlı indoneziyalı xidmətçi barədə gözlənilməz faktlar ortaya çıxıb.
Az24.az xarici mətbuata istinadla xəbər verir ki, gənc qızın göründüyündən çox fərqli bir həyatı varmış – o, İndoneziyada varlı bir ailənin övladıdır və böyük sərvətin sahibidir.
Məlumata görə, xidmətçi bir neçə il əvvəl Honkonqda ev işlərində çalışmaq üçün müqavilə imzalayıb. Lakin yaxın günlərdə o, öz ölkəsində evlənəcəyini əsas gətirərək işinə vaxtından əvvəl xitam verilməsini istəyib.
Ailə əvvəlcə gənc qızın evlilik fırıldağına düşə biləcəyindən narahat olub. Lakin o, nişanlısı ilə uzun müddətdir münasibətdə olduğunu və həmin şəxsin ona həm mənəvi, həm maddi dəstək verdiyini bildirib.
Daha sonra ev sahibləri öyrəniblər ki, qızın ailəsi İndoneziyada iri təsərrüfatlara sahibdir – onların mülkləri arasında geniş fermer təsərrüfatları, qəhvə və paxlalı plantasiyalar mövcuddur.
Gənc milyonçu xidmətçi yüksək həyat standartlarına baxmayaraq, “real həyatı yaşamaq və öz ayaqları üstündə dayanmağı öyrənmək” üçün belə bir işə başladığını deyib.
Reklam
Oxşar xəbərlər
Nostradamusdan DƏHŞƏTLİ PROQNOZ: Dünyanın sonu yaxınlaşır
Elm dünyasında 2026-da gözlənilən KƏŞFLƏR
Tünd şokoladın möcüzəsi: Yaşlanmanı yavaşlada bilər
Qrenlandiya haqqında maraqlı məlumatlar
Kitab oxumağa haradan başlayaq? – Yeni başlayanlar üçün tövsiyələr
Venesuela: Ölkə haqqında məlumat və mövcud vəziyyət
İstirahət üçün Avropanın 10 ən sərfəli istiqaməti açıqlandı