Qubada gəlin qayınanasının saçından tutub başını divara çırpdı
Qubada gəlin qayınanasını döyüb.
Az24.az xəbər verir ki, hadisə Gədikqışlaq kəndində qeydə alınıb.
26 yaşlı Mahizər Sultanova (ad və soyad şərtidir) yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı qayınanasının saçından tutaraq, əvvəl sillə ilə üzünə vurub, sonra isə başını divara çırpıb.
Bu əməlinə görə, Mahizər Sultanova saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2015-ci ildə, 16 yaşında ailə qurub və hazırda 5 övladı var. Onun sözlərinə görə, qayınanası ilə dava işdən gələn ərinə çay hazırlamaq üstündə baş verib. Belə ki, Mahizər gecə saat 12-də işdən gələn ərinə çay hazırlamayıb və qayınanası bunun səbəbini soruşanda aralarında mübahisə yaranıb. Mübahisə zamanı gəlin qayınanasının üzünə sillə vurub, sonra saçından tutaraq, başını divara çırpıb. Nəticədə zərərçəkən bir sıra xəsarətlər alıb. Hadisə şahidi olan Mahizərin əri onu tutaraq, digər otağa aparıb və anası ilə arvadını ayırıb.
Zərərçəkən qadın gəlinini bağışlamadığını və ona cəza verilməsini istədiyini deyib.
Quba rayon Məhkəməsinin qərarı ilə Mahizər Sultanova aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 aylıq islah işləri cəzasına məhkum edilib. (lent.az)
Reklam
Oxşar xəbərlər
Külək, yağış… – FAKTİKİ HAVA
Prezident: “Balaca Heydərin iki oğlu var” – VİDEO
Saxta “Yeni il” kampaniyaları ilə bağlı XƏBƏRDARLIQ
Bu yollarda tıxac var
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Mətanət Piriquliyeva 21 illik vəzifəsindən azad edildi
Nazir onu yeni prorektor təyin etdi