Qlobal istiləşməyə qarşı qorxulu addım: Günəşi söndürmək istəyirlər
İsraildə fəaliyyət göstərən “Stardust” startapı Günəşin parlaqlığını süni şəkildə zəiflətməklə Yer səthində temperaturu azaltmağı planlaşdırır.
Az24.az xəbər verir ki, məlumatı “New Yorker” yayıb.
Bildirilib ki, atmosferə xüsusi hissəciklər buraxılacaq, Günəş şüalarının bir hissəsi geri əks etdiriləcək və nəticədə Yer səthində istilik azalacaq. Bu üsul qlobal istiləşməni yavaşlatmaq məqsədilə nəzərdən keçirilən eksperimental texnologiyalar arasında yer alır.
Layihənin ideyası istilik dalğalarının getdikcə güclənməsi fonunda iqlim dəyişikliyi ilə mübarizədə alternativ həll yolu kimi dəyərləndirilir. Bununla belə, mütəxəssislər texnologiyanın potensial riskləri, ekoloji təsirləri və uzunmüddətli nəticələri haqqında sualların hələ də açıq qaldığını bildirirlər.
Startapın nümayəndələri isə qeyd ediblər ki, tədqiqat və sınaq mərhələləri ciddi elmi nəzarət altında aparılacaq.
Reklam
Oxşar xəbərlər
Qarşınızdakı şəxsin xaosa meyilli olduğunu göstərən 7 ƏLAMƏT
Günəş işığı kişilərdə depressiya riskini AZALDIR
Ən problemli BÜRCLƏR
Eyfel qülləsini 2 dəfə satdı – Dünyanı aldadan adamın HƏYAT HEKAYƏSİ
Bu qidaları soyuducuda saxlamaq olmaz – XƏBƏRDARLIQ
SSRİ-nin ilk milyonçusu olan azərbaycanlı niyə dəlixanaya düşdü və ac öldü? – FOTOLAR