Qızının Güllünün ölümünü planlaşdırdığı HƏMİN AN – VİDEO

Qızının Güllünün ölümünü planlaşdırdığı HƏMİN AN – VİDEO

Dünya 12.12.2025 12:31 41

Türkiyədə müğənni Güllünün ölümünə dair Yalovada aparılan istintaq davam edir.

AZ24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı saxlanılan qızı Tuğyan Ülkəm Gültərin vəkili istintaq sənədində yeni tibbi rəylər və hadisə gecəsinə aid görüntülər təqdim edib. Rəydə Güllünün pəncərədən düşmüş ola biləcəyi qeyd olunur və onun sanitar qovşağına daxil olduğu anın görüntülərinin üzə çıxdığı bildirilir.

Qeyd edək ki, müğənni Güllü Çınarcıkda yerləşən mənzilin 5-ci mərtəbəsində qızı və dostu ilə birlikdə olduğu zaman pəncərədən düşərək həyatını itirmişdi. Hadisədən sonra qızı Tuğyan Ülkəm Gültər, dostu Sultan Nur Ulu və daha iki nəfər xaricə qaçmağa hazırlaşdıqları iddiası ilə İstanbulda saxlanılmışdı. Ulu­n­un atası da ayrıca istintaq çərçivəsində tutulmuşdu.

Reklam