Qızıl rekord həddə bahalşdı

Qızıl rekord həddə bahalşdı

İqtisadiyyat 18.12.2025 22:32 11

Dünya əmtəə bazarlarında qızılın qiyməti yeni tarixi rekorda imza atıb. Birja ticarətində qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 4 400 dollar səviyyəsini ötüb.

Az24.az xəbər verir ki, dekabrın 18-də Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın fevral ayı üzrə fyuçers müqavilələri 0,79 faiz bahalaşaraq 4 408,6 dollar səviyyəsinə yüksəlib. Bununla da oktyabrın 20-də qeydə alınmış 4 398 dollarlıq əvvəlki rekord geridə qalıb.

“Deutsche Bank” analitikləri gələn il qızılın qiymətinin 3950–4950 dollar aralığında dəyişəcəyini proqnozlaşdırırlar. Bank bu gözləntini investisiya axınlarının sabitləşməsi, mərkəzi bankların qızıla davamlı tələbi və birja fondlarına vəsait axınının artması ilə əlaqələndirir. 2027-ci ildə isə qızılın qiymətinin 5150 dollara qədər yüksələcəyi ehtimal edilir.

2025-ci ilin əvvəlindən bəri qızılın birja qiyməti 60 faizdən çox artıb, gümüşdə isə bu artım 116 faizə çatıb. “Bloomberg”in hesablamalarına görə, qızıl bu il 1979-cu ildən bəri ən güclü illik artım göstəricisini nümayiş etdirir. Bu yüksəliş əsasən mərkəzi bankların aktiv alışları, eləcə də investorların istiqraz və valyutalardan uzaqlaşaraq qiymətli metallara yönəlməsi ilə izah olunur.

Dəniz

Reklam