Qız atası ilə birləşib ərini ölldürdü – Həbs edildilər
Bu ilin aprel ayında Biləcəridə baş verən qətl hadisəsi ilə bağlı cinayət işi üzrə yeni dəlil üzə çıxıb.
Az24.az qafqazinfo-ya istinadla bildirir ki, həyat yoldaşı Ədil Məhərrəmovun öldürülməsi ilə əlaqədə şübhəli bilinən Nuranə Nəcəfova və onun atası Nəcəf Qafarov həbs edilib.
İstintaqın gəldiyi nəticələrə əsasən, ata və qız Ədil Məhərrəmovun ölümündə iştiraka cəlb olunub. Prokurorluq onların kəsici və deşici alətdən istifadə edərək mərhumu qəsdən öldürdüyünü müəyyən edib. Onlara qarşı Cinayət Məcəlləsində xuliqanlıq niyyəti ilə qətl törətmə maddəsi üzrə ittiham irəli sürülüb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə baxışında hadisənin hansı səbəbdən baş verdiyi və tərəflərin davranışları daha ətraflı araşdırılacaq.
Qeyd olunur ki, Nəcəf Qafarov bundan əvvəl də məhkumluq həyatı yaşamış şəxs olub.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı