Qiyamət tarixi açıqladı, gəmilər tikdirdi – Yüzlərlə insan toplaşdı

Qiyamət tarixi açıqladı, gəmilər tikdirdi – Yüzlərlə insan toplaşdı

Dünya 25.12.2025 12:40 7

Qanada yaşayan və özünü “Ebo Noah” adlandıran şəxs gördüyünü iddia etdiyi yuxudan sonra 25 dekabr 2025-ci ildə dünyada böyük sel fəlakəti baş verəcəyini irəli sürüb.

AZ24.az xəbər verir ki, bu iddia əsasında o, ağacdan hazırlanmış 10 böyük gəmi inşa etdirib.

Noah bildirib ki, gəmilər mümkün fəlakətdən insanları xilas etmək məqsədi daşıyır və layihə ona inanan şəxslərin ianələri hesabına həyata keçirilib. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra yüzlərlə insanın gəmilərə minmək üçün Qanaya axın etdiyi iddia olunur.

Lakin Ebo Noah son açıqlamasında “Tanrının qiyaməti ertələdiyini” deyərək insanlara evlərində qalmalarını tövsiyə edib. Hadisə sosial şəbəkərdə müzakirələrə səbəb olub.

Reklam