Qiyamət günü saatı yeniləndi – Bəşəriyyət üçün SON XƏBƏRDARLIQ
ABŞ-ın Çikaqo Universiteti nəzdində fəaliyyət göstərən “Bulletin of the Atomic Scientists” jurnalının rəhbər heyəti tərəfindən 1947-ci ildən etibarən nüvə fəlakətinə doğru geri sayımı simvolizə edən saat bir qədər də irəli çəkilib. Beləliklə, saat günün bitməsinə 85 saniyə qalmış vəziyyətə gətirilib və bu, tarixdə ən riskli göstərici hesab olunur.
Az24.az xəbər verir ki, limlər bu qərara səbəb kimi Rusiya, Çin və ABŞ kimi nüvə dövlətlərinin getdikcə daha aqressiv mövqe tutmasını, Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələri, eləcə də süni intellektlə bağlı artan riskləri göstəriblər.
Açıqlamada süni intellektin hərbi sistemlərə nəzarətsiz şəkildə inteqrasiyası, onun mümkün sui-istifadəsi nəticəsində yarana biləcək bioloji təhlükələr və qlobal dezinformasiyanın yayılmasında oynaya biləcəyi rol xüsusi risklər kimi vurğulanıb.
1945-ci ildə Albert Eynşteyn və J. Robert Oppenhaymer də daxil olmaqla alimlər tərəfindən qurulan jurnalın icraçı direktoru Alexandra Bell bildirib ki, Qiyamət Günü Saati qlobal riskləri əks etdirir və hazırda müşahidə olunan əsas problem qlobal liderlik böhranıdır.
Onun sözlərinə görə, neo-imperialist yanaşmalar və avtoritar idarəetməyə meyil saatın gecə yarısına daha da yaxınlaşmasına səbəb olur. Bell qeyd edib ki, 2025-ci ildə nüvə risklərinin azalması istiqamətində heç bir müsbət irəliləyiş qeydə alınmayıb və nüvə silahlarından istifadə riski qəbuledilməz dərəcədə yüksəkdir.
Bell həmçinin Ukrayna müharibəsi, ABŞ və İsrailin İranı bombalaması, Hindistan–Pakistan gərginliyi, Koreya yarımadası və Tayvan ətrafındakı risklərə, eləcə də ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra artan beynəlxalq gərginliyə diqqət çəkib.
1947-ci ildə ilk dəfə gecə yarısına 7 dəqiqə qalmış qurulan Qiyamət Günü Saati indiyədək 8 dəfə geri, 18 dəfə irəli çəkilib. Saatın gecə yarısından ən uzaq olduğu vaxt 1991-ci ildə — 17 dəqiqə, ən yaxın olduğu vaxt isə məhz bu il — 85 saniyə olub. Bu, son dörd il ərzində saatın üçüncü dəfə gecə yarısına yaxınlaşdırılmasıdır.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bura düşən bir də çıxmaq istəmir – Dünyanın ən lüks həbsxanaları
Arvadınız sizdən daha çox qazanırsa, narahat olmayın – Münasibətlərinizi belə QORUYUN!
Evlilikdə “cinsi münasibət məcburiyyəti” ləğv edildi – QƏRAR
Bir ailənin 11 üzvü EDAM EDİLDİ
Ətir seçimi təkcə qoxu deyil – Mütəxəssis açıqladı
Doğum tarixinizə uyğun SİTAT – Həyatınızı dəyişdirə bilər
Onlar dünyanın ən əxlaqsız ölkələri seçildi – SİYAHI