“Qırmızı bülleten”lə axtarılan 40 cinayətkar Türkiyəyə gətirildi

“Qırmızı bülleten”lə axtarılan 40 cinayətkar Türkiyəyə gətirildi

Dünya 02.01.2026 10:34 18

İnterpolun “qırmızı bülleten”i ilə və ölkə daxilinidə axtarışda olan 40 nəfər qaçaq cinayətkar xaricdə saxlanılaraq Türkiyəyə təhvil verilib.

Az24.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin İnterpol–Avropa Polis Təşkilatı (Avtopol) Dairə Başçılığının koordinasiyası ilə aparılan əməliyyatlar çərçivəsində başda Gürcüstan olmaqla Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstanda saxlanılan şübhəlilər Türkiyəyə gətirilib.

Qırmızı bülletenlə axtarılan şəxslər arasında “qəsdən adam öldürmə”, “cinayət təşkilatına üzvlük”, “narkotik maddələrin qanunsuz dövriyyəsi”, “uşaqların cinsi istismarı”, “soyğunçuluq”, “fahişəliyə təşviq”, “rəsmi sənədlərin saxtalaşdırılması” və “informasiya sistemləri vasitəsilə dələduzluq” kimi ağır cinayətlərdə ittiham olunanların olduğu bildirilib.

Ölkə axilində axtarılan şübhəlilərin isə “terror təşkilatının təbliğatını aparmaq”, “dələduzluq”, “oğurluq”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “icazəsiz silah gəzdirmə”, “işgəncə”, “Vergi Məcəlləsinə zidd hərəkətlər” və “məhkum və ya həbs edilmiş şəxsin qaçması” kimi cinayətlərə görə axtarıldığı qeyd edilib.

Dəniz

Reklam