Qayınana kürəkəninə böyrəyini verdi – VİDEO
Kocaelidə qayınana kürəkəninə böyrəyini verib.
Az24.az xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən 44 yaşlı kişinin həyatı gözlənilməz şəkildə dəyişib. Onun 20 illik qayınanası, 60 yaşlı qadın heç bir tərəddüd etmədən kürəkəninə böyrəyini verməyə razılıq verib.
Uzun müddət dializ müalicəsi alan xəstənin vəziyyəti ağırlaşdıqca ailə hərəkətə keçib. Qayınana könüllü müayinədən keçib və analizlər uyğun gəlincə əməliyyata icazə verib.
Həkimlər bildiriblər ki, transplantasiya tam uğurla başa çatıb. Həm donorun, həm də böyrək köçürülən xəstənin vəziyyəti stabildir və sağalma prosesi normal davam edir.
Əməliyyatdan sonra qayınana açıqlama verib. Bildirib ki, kürəkənlərini çox sevir: “Onların heç vaxt bir-birindən ayırmıram. O, qızımla 20 ildir ailə qurub, iki nəvəm var. Onu öz övladımdan seçmirəm. Sağlamlığı üçün nə lazımdırsa etməyə hazıram”.
Bu hadisə sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO