“Qarabağ”ın pley-offdakı rəqibi bəlli oldu
UEFA Çempionlar Liqasının “Play-off” mərhələsinin püşkü atılıb.
AZ24.az xəbər verir ki, püşkatma mərasiminə İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 15:00-da start verilib.
Çempionlar Liqasının Liqa mərhələsini 22-ci yerdə başa vuran “Qarabağ” Pley-off-da İngiltərənin “Nyukasl” komandası ilə qarşılaşacaq.
Bu raundun ilk matçları fevralın 17-18-i, cavab qarşılaşmaları isə fevralın 24-25-də baş tutacaq.
***
Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.
AZ24.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Liqa mərhələsini 22-ci pillədə başa vuran təmsilçimiz “səpələnməmişlər” səbətində yer alacaq. “Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri Fransanın PSJ və İngiltərənin “Nyukasl Yunayted” klublarıdır.
Pley-off oyunları 17-18 fevral və 24-25 fevralda oynanılacaq. “Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, “Qarabağ” – PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran “Barselona” və ya altıncı yerin sahibi “Çelsi” ilə üz-üzə gələcək.
Reklam
Oxşar xəbərlər
“Kayrat”dan “Qarabağ”la bağlı maraqlı paylaşım – VİDEO
“Qarabağ” – “Nyukasl” matçının saatı açıqlandı
“Qarabağ” bu mövsüm nə qədər qazanıb?
“Beşiktaş” heyətini “İnter”in futbolçusu ilə gücləndirdi
Avropa Liqası: “Fənərbağça” “Nottinqem” ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasında püşkatma mərasimi keçirilib
Avropa Liqası: Gecənin nəticələri
“Qarabağ”ın ulduzunun yeni klubu bilindi