“Qarabağ”ın “Ayaks” oyununun kanalı dəyişdirildi – Burada yayımlanacaq
“Qarabağ” – “Ayaks” oyunu İctimai Televiziyada yayımlanacaq.
AZ24.az xəbər verir ki, bu barədə İTV məlumat yayıb.
Bildirilib ki, “Saran Media” ilə imzalanmış razılaşma çərçivəsində 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının matçları İctimai Televiziyada təqdim olunur. “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki bütün görüşləri də bu əməkdaşlıq əsasında İTV-də yayımlanır.
Son günlər aparılan müzakirələrdən sonra yayım planında müəyyən dəyişikliklər edilməsi qərara alınıb və tərəflərin birgə təşəbbüsü ilə “Qarabağ” – “Ayaks” oyununun İTV-də canlı göstərilməsi təsdiqlənib.
Qarşılaşma dekabrın 10-da saat 21:45-də start götürəcək.
Qeyd edək ki, “Qarabağ”ın ev oyunları indiyədək “CBC Sport” tərəfindən yayımlanırdı.
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi