“Qarabağ” Çempionlar Liqasında gerilədi
Ötən gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna yekun vurulub.
Az24.az xəbər verir ki, bütün oyunlar yekunlaşandan sonra Çempionlar Liqasında komandaların hansı pillələrdə qərarlaşdığına aydınlıq gəlib.
Azərbaycan çempionu “Qarabağ”ın səfərdə “Napoli”yə uduzması onun turnir cədvəlində aşağı pillələrə düşməsinə səbəb olub. Komandamız 5 turdan sonra hazırda 7 xalla 19-cu yerdə qərarlaşıb.
Xatırladaq ki, Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.
“Qarabağ” Çempionlar Liqasında növbəti matçını Niderland “Ayaks”ına qarşı keçirəcək. Dekabrın 10-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi