“Qarabağ” “Araz-Naxçıvan”ı böyük hesabla məğlub etdi

“Qarabağ” “Araz-Naxçıvan”ı böyük hesabla məğlub etdi

İdman 14.12.2025 19:31 35

Misli Premyer Liqasının XV turunda “Qarabağ” evdə “Araz-Naxçıvan”ı darmadağın edib.

AZ24.az xəbər verir ki, “Azərsun Arena”da keçirilən oyunda Ağdam təmsilçisi 5:1 hesablı qələbə qazanıb.

Toral Bayramov (2 qol), Nəriman Axundzadə, Joni Montiel (penalti) və Leandro Andrade “Qarabağ”ın heyətində fərqləniblər. “Araz-Naxçıvan”ın yeganə qolunu isə Ramon Maçado penaltidən vurub.

Bu qələbədən sonra “Qarabağ” 33 xalla turnir cədvəlinin lideri olub. 23 xalı olan “Araz-Naxçıvan” isə 6-cı pillədə qərarlaşıb. Turun oyunlarına dekabrın 15-də yekun vurulacaq.

Reklam