“Qarabağ” Antalyaya gedir
“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
AZ24.az Ağdam təmsilçisinə istinadən xəbər verir ki, 2025/2026 mövsümünün ikinci hissəsinə hazırlıq iki mərhələdən ibarət olacaq.
Misli Premyer Liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı il yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.
“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək.
Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələ müəyyənləşməyib.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda “Ayntraxt”a qarşı keçirəcək.
Reklam
Oxşar xəbərlər
İlin ən yaxşı baş məşqçisi o oldu
İlin ən yaxşı futbolçusu seçildi
İlin ən yaxşı qolu seçildi – VİDEO
AFFA “Qarabağ”ı azarkeşlərinə görə cərimələdi
“Fənərbağça”dan inamlı qələbə – İkinci pilləyə yüksəldi
Vernidubun debütündə “Neftçi” qalib gələ bilmədi
Prezident bu işi Samir Şərifova yeni vəzifə verdi