Qara dənizdə “Virat” tankerinə yenidən hücum oldu

Qara dənizdə “Virat” tankerinə yenidən hücum oldu

Dünya 29.11.2025 14:03 24

Qambiya bayrağı altında üzən “Virat” tankeri Türkiyə sahilləri yaxınlığında yenidən pilotsuz aparatların hücumuna məruz qalıb.

Az24.az APA-ya istinadla xəbər verir ki, bu barədə NTV telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bundan əvvəl məlumat verilmişdi ki, cümə günü axşam saatlarında pilotsuz uçuz aparatlarının hücumu nəticəsində tankerdə yanğın baş verib. Gəmidə olan 20 ekipaj üzvünün hamısı təxliyə edilib.

NTV-nin məlumatına görə, şənbə günü səhər məlum olub ki, “Virat” tankeri yeni hücum nəticəsində gövdəsində kiçik zədələr alıb. Bu zərər pilotsuz dəniz aparatlarının hücumu ilə əlaqələndirilir.

Reklam