Qan analizi ilə xəstəlikləri 10 il əvvəldən aşkar etmək mümkün ola bilər
Yeni aparılan elmi araşdırma göstərib ki, adi qan nümunəsi ilə müxtəlif xəstəlikləri simptomlar görünməzdən təxminən 10 il əvvəl müəyyənləşdirmək mümkün ola bilər.
AZ24.az xəbər verir ki, Böyük Britaniyada “UK Biobank” layihəsi çərçivəsində aparılan tədqiqat yarım milyondan çox insanın qan analizi əsasında həyata keçirilib.
Mütəxəssislər qan nümunələrində 250-dən çox biomolekulu — zülallar, yağlar, şəkərlər, amin turşuları və digər maddələri ölçərək sağlamlıq risklərini əvvəlcədən müəyyən edən geniş məlumat bazası hazırlayıblar. Araşdırma göstərir ki, bu biomolekulyar göstəricilər insanın həm genetik xüsusiyyətlərini, həm də həyat tərzi və ətraf mühit təsirlərini birlikdə əks etdirir.
Nəticəyə görə, şəkərli diabet, ürək-damar xəstəlikləri, bəzi xərçəng növləri və demensiya kimi ciddi xəstəliklərin riskini illər əvvəl proqnozlaşdırmaq mümkün olur. Alimlər hesab edir ki, bu üsul gələcəkdə tibbi xidmətin əsas istiqamətlərindən birinə çevrilə və xəstəliklərin erkən mərhələdə qarşısının alınmasına böyük töhfə verə bilər.
Altay
Reklam
Oxşar xəbərlər
Zeytun yarpağı: Sağlamlıq üçün faydaları və istifadəsi
İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət
Badam yağı – Sağlamlıq və gözəllik üçün təbii hədiyyə
Qara zirə nə üçün “şəfa toxumu” adlanır?
Bal, yoxsa bəkməz daha faydalıdır?
Zərdçalın faydaları: Sağlamlıq və gözəllik üçün təbii ədviyyat
Masa arxasında çalışanlar üçün 4 VACİB TÖVSİYƏ
Sağlam yuxunun SİRRİ – Həkimlərdən TÖVSİYƏ