“Qalatasaray” “Real”dan 80 milyonluq oyunçu gətirir
Türkiyənin “Qalatasaray” klubu “Real Madrid”in hücumçusu Rodriqo Qoesin transferi ilə yaxından maraqlanır. İstanbul təmsilçisi braziliyalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.
Az24.az xəbər verir ki, “Real Madrid” 24 yaşlı cinah oyunçusunun daha çox oyun praktikasına malik olması üçün onu Çempionlar Liqasında çıxış edən komandaya göndərməyi düşünür. “Qalatasaray” isə bu fürsətdən yararlanmaq niyyətindədir.
Lakin transferin reallaşması üçün Madrid klubunun mühüm şərti var: “Qalatasaray”ın Rodriqonun yüksək maaşının ən azı yarısının müəyyən müddət ərzində ödənilməsinə razı olması tələb olunur.
Rodriqo bu mövsüm “Real Madrid”də 13 oyuna çıxıb və 2 qol ötürməsi ilə yadda qalıb. Onun Madrid nəhəngi ilə müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir. “Transfermarkt” futbolçunun dəyərini 80 milyon avro olaraq qiymətləndirir.
Reklam
Oxşar xəbərlər
“Qarabağ” İtaliyada “Napoli”yə uduzdu
Harri Keyn “Barselona” iddialarına cavab verdi
AFFA bu klubları cərimələdi
“Qarabağ” və “Qalatasaray”ın oyunlarına hansı kanalda baxaq?
“Neftçi” Samir Abasov ilə yolları ayırdı – FOTO
“Napoli”nin oyunçusu “Qarabağ” haqda: “Çox güclü rəqibimiz var”
“Beşiktaş” xal itirdi, “Fənərbağça”dan möhtəşəm geri dönüş