Qadın işə tez gəldiyi üçün işdən çıxarıldı – Məhkəmədən GÖZLƏNİLMƏZ QƏRAR

Qadın işə tez gəldiyi üçün işdən çıxarıldı – Məhkəmədən GÖZLƏNİLMƏZ QƏRAR

Maraqlı 09.12.2025 11:16 85

İspaniyanın Alikante Sosial Məhkəməsi bir qadının çox erkən işə gəlmək səbəbindən işdən çıxarılması qərarını haqlı sayıb.

Az24.az xəbər verir ki, 22 yaşlı qadın loqistik şirkətdə çalışdığı müddətdə davamlı olaraq iş saatından 30–45 dəqiqə əvvəl, yəni 6:45–7:00 arasında iş yerinə gəlirdi. Halbuki əmək müqaviləsində iş saatı 7:30-da başlayırdı.

Şirkət bu erkən gəlişləri “rəsmiləşdirilməmiş işə başlama” və komanda planlaşdırmasına mənfi təsir kimi qiymətləndirib, qadına xəbərdarlıq etsə də ,o, bu  xəbərdarlıqları nəzərə almayıb.

Məhkəmə şirkətin arqumentini qəbul edərək, qadının bu davranışını “etibar və sədaqət prinsipini pozmaq” hesab edib və işdən çıxarılmanı əsaslı sayıb.

Beləliklə, hakimlər qərar verib ki, hətta “çox erkən gəlmək” də — əgər əmək müqaviləsində nəzərdə tutulmuş qaydalara uyğun deyilsə və şirkətin iş rejiminə zərər verirsə — işdən azad olunma üçün əsas ola bilər.

Dəniz

Reklam