Qabyuyan süngərlərin niyə rəngli olur? – Bu rənglərin xüsusi bir məqsədi var

Qabyuyan süngərlərin niyə rəngli olur? – Bu rənglərin xüsusi bir məqsədi var

Maraqlı 15.11.2025 19:00 16

Qab yumaq üçün istifadə etdiyimiz süngərlərin niyə müxtəlif rənglərdə olduğunu heç düşünmüsünüz? Əslində, bu rənglərin xüsusi bir məqsədi var.

Az24.az xəbər verir ki, süngərlərin rənglərlə fərqləndirilməsi həm gigiyena, həm də istifadə rahatlığı baxımından mühüm rol oynayır. Hər rəng süngərin hansı səthdə və hansı iş üçün uyğun olduğunu göstərir.

Yaşıl süngərlər
Ən geniş istifadə olunan rənglərdəndir. Ümumi təmizlik işləri üçün ideal hesab olunur. Daha yumşaq quruluşlu olduğu üçün həssas səthlərə zərər vermir.

Qırmızı süngərlər
Adətən ət və digər çiy qidaların təmizlənməsi üçün seçilir. Bakteriya yayılmasının qarşısını almaq üçün bu rəng süngərlərin ayrılıqda istifadə edilməsi tövsiyə olunur. Eyni zamanda sərt çirklərin çıxarılmasında da effektlidir.

Mavi və sarı süngərlər
Həssas səthlərin təmizlənməsində daha uyğundur. Şüşə, məişət texnikası, teflon qablar kimi cızılma riski olan yerlərdə təhlükəsiz təmizlik təmin edir. Sarı süngər həmçinin vanna otağında da rahatlıqla istifadə edilə bilər.

Ağ süngərlər
Bakteriyaları daha effektiv şəkildə təmizləmə xüsusiyyətinə malikdir. Çox vaxt xüsusi təmizləyicilərlə birlikdə istifadə olunur və mətbəxdə tez-tez toxunulan əşyaların gigiyenik təmizliyi üçün uyğundur.

Reklam