Putin müəyyən şərtlər daxilində atəşkəsə hazır olduğunu açıqlayıb

Putin müəyyən şərtlər daxilində atəşkəsə hazır olduğunu açıqlayıb

Siyasət 30.11.2025 14:45 29

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın Ukrayna müharibəsi ilə bağlı mövqeyi barədə diqqətçəkən açıqlama verib.

Az24.az xəbər verir ki, nazir bildirib ki, Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlər təmin olunduğu təqdirdə Ukraynada atəşkəsə razılıq verə bilər.

Hakan Fidan bu fikirləri Almaniyanın “Welt am Sonntag” nəşrinə müsahibəsində səsləndirib.

O qeyd edib ki, həm Moskva, həm də Kiyev artıq bu müharibədə imkanlarından xəbərdardır.

“Bizim əldə etdiyimiz təəssürata görə, cənab Putin müəyyən şərtlər daxilində həm atəşkəsə, həm də geniş çərçivəli sülh sazişinə müsbət yanaşmağa hazırdır”, – deyə Fidan vurğulayıb.

Dəniz

Reklam