Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
Rusiyanın Ukraynaya qarşı son ağır raket və dron hücumlarından sonra Kiyevə səfər edən Böyük Britaniyanın müdafiə naziri Con Hili Rusiya Prezidenti Vladimir Putin barədə sərt açıqlamalar verib.
AZ24.az xəbər verir ki, o, Putinin müharibə cinayətlərinə görə məsuliyyətə cəlb olunması üçün ələ keçirilməsinin mümkün variant olacağını bildirib.
Hili dağıdılmış yaşayış binasına baxış keçirərkən yerli mediaya açıqlamasında Rusiyanın mülki əhalini, şəhər mərkəzlərini və strateji infrastrukturu hədəf aldığını deyib. Nazir vurğulayıb ki, bu müharibə artıq qəbuledilməz həddə çatıb və Putin dayandırılmalıdır.
Kiyev səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən britaniyalı nazir Böyük Britaniyanın Ukraynaya dəstəyinin davam edəcəyini bildirib və mümkün sülhməramlı missiya üçün 200 milyon funt sterlinq vəsait ayrılacağını açıqlayıb.
Hili həmçinin Buça şəhərində mülki şəxslərin qətliamı və ukraynalı uşaqların zorla Rusiyaya aparılması ilə bağlı iddiaları xatırladaraq, Beynəlxalq Cinayət Məhkəməsinin 2023-cü ildə bu faktlar üzrə Vladimir Putin haqqında həbs qərarı çıxardığını da qeyd edib.
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO
Rusiyanın hücumuna görə BMT TŞ-nin fövqəladə iclası keçiriləcək