Putin: Donbas və Novorossiya ya zorla azad ediləcək, ya da…

Putin: Donbas və Novorossiya ya zorla azad ediləcək, ya da…

Dünya 04.12.2025 18:11 29

Rusiya Prezidenti Vladimir Putin Hindistana səfəri öncəsi “India Today”ə müsahibəsində bildirib ki, Moskva ABŞ-ın Stif Vitkof və Cared Kuşner ilə Ukrayna məsələsinə dair aparılan danışıqları faydalı hesab edir.

Az24.az xəbər verir ki, sülh planının 28 maddəsi 4 paketə bölünüb və müzakirələr 5 saat davam edib.

Putin əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna məsələsinə uzlaşmacı həll tapmaq üçün çalışır, lakin razılığa gəlmək asan deyil. Ukraynaya Donbasdan çəkilməyi təklif etmişdilər, amma Kiyev silahlı qarşıdurmanı seçib.

Rusiya lideri vurğulayıb: “Donbas və Novorossiyanı hər halda alacağıq — ya zorla, ya da Ukrayna qüvvələri bölgəni tərk edəcək.”

O, Novorossiya termini ilə Ukraynanın cənub və şərq bölgələrinə istinad edir; bu, Rusiya İmperiyası dövründə həmin əraziləri əhatə edirdi.

Dəniz

Reklam