“PSJ” futbol tarixində bir ilkə imza ata bilər
Fransanın nəhəng klubu “PSJ” futbol tarixində misli görünməmiş bir qərara imza ata bilər.
AZ24.az xəbər verir ki, klubun baş məşqçisi Luis Enrike ilə bağlı sensasiyalı plan gündəmə gəlib.
2023-cü il iyulun 5-də “PSJ” ilə müqavilə imzalayan ispaniyalı məşqçi klubun sükanı arxasında böyük uğurlar qazanıb. Onun rəhbərliyi altında Paris təmsilçisi Çempionlar Liqası və iki dəfə Liqa 1 daxil olmaqla ümumilikdə 9 kubok əldə edib.
Mövcud müqaviləsi gələn mövsümün sonunda başa çatacaq Luis Enrike ilə yolları ayırmaq istəməyən “PSJ” rəhbərliyi radikal qərar verib. “AS” qəzetinin məlumatına görə, Fransa klubu təcrübəli mütəxəssisə “ömürlük müqavilə” təklif etməyə hazırlaşır.
Əgər Luis Enrike bu təklifi qəbul edərsə, bu, dünya futbolu tarixində ilk dəfə bir baş məşqçi ilə ömürlük müqavilə imzalanması kimi tarixə düşəcək.
Reklam
Oxşar xəbərlər
“Fənərbaxça” qış transfer mövsümündə ilk transferini etdi
İranda bütün futbol matçları ləğv edildi – SƏBƏB
“Fənərbağça” prezidentinin test nəticəsi açıqlandı
“Beşiktaş” kubokdakı derbidə qazanan tərəf oldu
Qurban Qurbanovla komandası ən yaxşı seçildi
Premyer Liqa: “Sabah” lider kimi qış fasiləsinə çıxdı
FIFA 2025-ci ilin yekun reytinq cədvəlini açıqladı
“Qarabağ” bu futbolçularla vidalaşa bilər