Prezidentdən Tağı Əhmədovun xanımı ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) 50 illiyi münasibətilə sərəncam imzalayıb.
Az24.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə AMİU-nun bir qrup əməkdaşı təltif edilib.
Təltif edilənlərdən biri də universitetin dosenti Salatın Əhmədovadır. Belə ki, o, “Tərəqqi” medalına layiq görülüb.
Salatın Əhmədova Bakı Metropoliteninin sabiq rəisi mərhum Tağı Əhmədovun həyat yoldaşıdır. O, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktorudur. Salatın Əhmədova hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimidir.
Qeyd edək ki, Tağı Əhmədov 2016-cı ildən 2024-cü ilin fevralına kimi Azərbaycan Memarlıq və İnşaat Universitetindəki Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsini tutub. O, 1998-ci ildən 2014-cü ilə kimi Bakı Metropoliteninin rəisi işləyib. Tağı Əhmədov 2024-cü ilin oktyabrında vəfat edib. (modern.az)
Reklam
Oxşar xəbərlər
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı