Prezidentdən bayram günləri ilə bağlı SƏRƏNCAM
Qurban və Ramazan bayramları başqa bayramlarla üst-üstə düşəcəyi halda əmək məzuniyyətinin necə tənzimlənəcəyi məlum olub.
AZ24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.
Dəyişikliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən ümumxalq hüzn günü və səsvermə günü də məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq. Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.
Qeyd edək ki, gələn il Novruz və Ramazan bayramları üst-üstə düşür.
Reklam
Oxşar xəbərlər
Bu tarix də bayramlar sırasına daxil edildi – RƏSMİ
İşçilər bu hallar aşkar edildikdə işdən çıxarılacaq
Bu şəxslərə ödənişli məzuniyyət verilməsi məcburi olacaq
Alimentlə bağlı yeni norma: Maaşdan 70% tutula bilər
Rasim Balayevin səhhətində problem yarandı
Hamiləlik və doğuşla bağlı məzuniyyət müddəti artırıldı
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Banklardan gözlənilməz qərar