Prezident yol təmirinə 1.4 milyon manat ayırdı – SƏRƏNCAM
Prezident İlham Əliyev Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AZ24.az xəbər verir ki, Sərəncamda deyilir:
“Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Reklam
Oxşar xəbərlər
Bununla bağlı çağırış edənlər 500 AZN cərimələnəcək
Elektron siqaretlərin idxalı, satışı və istifadəsi qadağan edilir
Mədəni sərvətlərin qorunması ilə bağlı cərimələr sərtləşdirildi
Azərbaycanda bu cərimələr kəskin artırılır
İlham Əliyev fərman imzaladı
Amnistiya aktı: Bu şəxslər cəzadan azad ediləcək
Sabahın havası AÇIQLANDI
Köhnə binalarda yaşayanların nəzərinə – “Ev pulu” ARTIRILIR?