Prezident təsdiqlədi: Yeni güzəştlər nə ilə bağlı OLACAQ?
İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib.
AZ24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi yanvarın 1-dən 3 il müddətinə onların vergi tutulan ümumi dövriyyəsindən çıxılacaq.
Ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər də vergidən azad olacaq.
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…