Prezident bu idmançıları mükafatlandırdı
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.
Az24.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 900 000 manat vəsait ayrılıb.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
2.1. idmançılar arasında rəqabətin səviyyəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin ödənilməsinə dair qaydanı 10 (on) gün müddətində hazırlayıb təsdiq etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin həmin Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
11.01.2026
22:36
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
10.01.2026
14:10
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
10.01.2026
11:54
Prezident bu qanunu imzaladı
09.01.2026
16:10
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
09.01.2026
15:57
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
09.01.2026
13:52
İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
09.01.2026
12:27
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı
09.01.2026
11:00
Gömrük Postunun rəisi vəzifəsindən azad edildi – FOTO
08.01.2026
22:56