Premyer Liqa: “Sabah” lider kimi qış fasiləsinə çıxdı

Premyer Liqa: “Sabah” lider kimi qış fasiləsinə çıxdı

İdman 22.12.2025 21:47 28

Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

AZ24.az xəbər verir ki, 2025-ci ilin son oyununda “Sumqayıt” öz meydanında “Sabah”ı qəbul edib.

Mehdi Hüseynzadə adına stadionda keçirilən matç 3:1 hesabı ilə qonaqların qələbəsi ilə yekunlaşıb. Hesabı 26-cı dəqiqədə Velko Şimiç açıb, 50-ci dəqiqədə isə həm özünün, həm də komandasının ikinci qolunu vurub. 62-ci dəqiqədə Sumqayıtın müdafiəçisi Keffel avtoqol müəllifi olub. Meydan sahiblərinin yeganə qolunu isə 66-cı dəqiqədə Ronaldo Vaskes vurub.

Bu nəticə ilə “Sabah” komandası 37 xalla turnir cədvəlinin lideri olaraq qış fasiləsinə çıxıb. “Sumqayıt” isə 27 xalla dördüncü yerdədir. Növbəti turun oyunları yanvarın 23-25-də keçiriləcək.

Reklam