Premyer Liqa: “Araz-Naxçıvan” və “Sumqayıt” qalib gəldi

Premyer Liqa: “Araz-Naxçıvan” və “Sumqayıt” qalib gəldi

İdman 09.12.2025 22:11 35

Misli Premyer Liqasının 14-cü turunda bu gün keçirilən iki matçdan biri “Araz-Naxçıvan”, digəri isə “Sumqayıt”ın qələbəsi ilə başa çatıb.

AZ24.az xəbər verir ki, “Araz-Naxçıvan” öz meydanında “Kəpəz”i 2:0 hesabı ilə məğlub edərək xallarını 23-ə yüksəldib və turnir cədvəlində 6-cı pillədə yer alıb. Gəncə təmsilçisi isə 6 xalla 11-ci sıradadır.

Günün digər oyununda “Sumqayıt” “İmişli”ni 1:0 hesabı ilə yenib. Qələbə sayəsində “Sumqayıt” 23 xalla 5-ci yerə qalxıb, “İmişli” isə 15 xalla 9-cu pillədə qərarlaşıb.

Reklam