Pensiya sistemi dəyişir? Yeni islahatlarla bağlı AÇIQLAMA
“Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdən biri olaraq qalır”.
AZ24.az xəbər verir ki ,bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O, bildirib ki, özəl pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi və sistemin dayanıqlılığının artırılması vacib istiqamətlər kimi müəyyən edilib:
“Gözlənilir ki, yaxın illərdə bu sahədə konkret addımlar atılacaq. Bu, pensiya sisteminin daha effektiv şəkildə fəaliyyət göstərməsinə imkan verəcək. Pensiya sahəsində planlaşdırılan strategiyalar daha uzunmüddətli dövr üçün nəzərdə tutulub. Gələcəkdə qəbul ediləcək qərarlarda ölkə əhalisinin yaş strukturu, əmək bazarındakı dinamika və sığorta ödənişlərinin həcmi kimi amillər əsas götürüləcək”.
Onun sözlərinə görə, hazırda diqqət mərkəzində olan əsas məsələ isə özəl pensiya fondlarının formalaşdırılması və pensiya-sığorta sisteminin institusional gücləndirilməsidir:
“Bu istiqamətdə gələn ildən etibarən müəyyən islahatların həyata keçirilməsi gözlənilir.
Sözsüz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkanları və demoqrafik göstəriciləri nəzərə alaraq bu sahədə planlama və sistemləşdirmə işlərini davam etdirir”.
Reklam
Oxşar xəbərlər
Bakıya “ağıllı” işıqforlar quraşdırıldı – Tıxaca nəzarət edəcək
Vüqar Əhməd AMEA üzvü seçildi
Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
Bu şəxslərin işdən çıxarılması cinayət məsuliyyəti yarada bilər
Gələn ildən təqaüdlər nə qədər artacaq? – MÜHÜM AÇIQLAMA
Məktəblilər arasında “snus” təhlükəsi – Valideynlərin DİQQƏTİNƏ
Bu şadlıq evində müştərilərə camış əti verilirmiş – FOTO