Pənah Hüseyn İSTEFA VERDİ: AXP-yə yeni rəhbər seçildi – FOTO

Pənah Hüseyn İSTEFA VERDİ: AXP-yə yeni rəhbər seçildi – FOTO

Siyasət 14.12.2025 17:38 58

Azərbaycan Xalq Partiyasının (AXP) VII (növbədənkənar) Qurultayı keçirilib.

Az24.az xəbər verir ki, qurultayda partiyanın uzun illər sədri olmuş Pənah Hüseynin istefası qəbul edilib və yeni sədr seçkisi keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Sadıqov Qiyas Böyükağa oğlu Azərbaycan Xalq Partiyasının yeni sədri seçilib. Qurultay iştirakçıları yeni rəhbərliyə fəaliyyətində uğurlar arzulayıb.

Məlumata görə, Pənah Hüseyn partiya rəhbərliyindən könüllü şəkildə istefa verərək səlahiyyətlərini Qiyas Sadıqova təhvil verib.

Qurultayda AXP-nin gələcək fəaliyyət istiqamətləri, təşkilati məsələlər və siyasi prioritetlər də müzakirə edilib. (musavat)

Reklam