Paytaxtın bu ərazilərində qaz olmayacaq

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Cəmiyyət 25.12.2025 08:50 12

Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

AZ24.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

“25 dekabr saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və Ə.Məlikov küçələrinin, Balaxanı, Sabunçu, Bilgəh qəsəbələrinin bir hissəsinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda qeyd olunub.

Reklam