Parkinq qiymətləri artır

Parkinq qiymətləri artır

Cəmiyyət 22.11.2025 13:05 26

Paytaxtda bəzi ticarət mərkəzlərinin parkinq qiymətlərinin artdığı iddia olunur. Bir neçə mərtəbədən ibarət parkinqdə boş yer tapmaq isə müşkül məsələyə çevrilib. 

Az24.az milli.az-a istinala xəbər verir ki, məsələ ilə bağlı ekspert Eldəniz Cəfərov parkinqlərdə qiymət artımının yalnız özəl dayanacaqlara aid olduğunu, dövlətə məxsus parkinqdə isə qiymətlərin sabit qaldığını vurğulayır:

“Özəl şirkətlər şəhərdəki tıxac problemin nəzərə alaraq qiymətləri Nazirlər Kabinetinin təsdiq etdiyi zona bölgüsünə uyğunlaşdırmalıdır. Baxmayaraq ki, o parkinq yerləri özəldir, amma orada da fantastik qiymətlər tərtib edilə bilməz. Parklanmanın qiyməti 30 qəpikdən başlayaraq maksimum 1 manata qədər ola bilər. Özəl parkinq yerləri də bunları nəzərə almalıdırlar”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, paytaxtda parklanma qiymətləri zonalara görə fərqlənir. Belə ki, mərkəz küçələrdə parkinq 1 manat, mərkəzdən kənar isə 30-70 qəpik arası dəyişir. Qərara görə isə bəzi ərazilərdə parkinq isə ödənişsizdir.

Reklam