Papa Üçüncü Dünya müharibəsinin anonsunu verdi

Papa Üçüncü Dünya müharibəsinin anonsunu verdi

Dünya 27.11.2025 18:00 32

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Roma Papası XIV Leo dünya gündəmini narahat edən açıqlama verib.

Az24.az xəbər verir ki, Papa beynəlxalq aləmdə artan qarşıdurmaların təhlükəli mərhələyə qədəm qoyduğunu bildirib:

“Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr addım-addım Üçüncü Dünya müharibəsi üçün zəmin yaradır. Buna yol vermək olmaz. Bəşəriyyətin gələcəyi real təhlükə altındadır”, – o deyib.

Roma Papası vurğulayıb ki, iki dünya müharibəsindən sonra dünyada iqtisadi və hərbi güc mübarizəsinin ön plana çıxdığı, qlobal gərginliyin yüksək olduğu yeni bir dövr yaşanır.

O, beynəlxalq ictimaiyyəti daha çox əməkdaşlığa və sülh təşəbbüslərini gücləndirməyə çağırıb.

Reklam