Oyanan kimi BUNU ETMƏYİN! – Çox zərərlidir
Günə başlayarkən edilən bəzi vərdişlər fərqinə varmadan sağlamlıq üçün risk yarada bilər. Mütəxəssislərin fikrincə, yuxudan oyanan kimi qəfil şəkildə yataqdan qalxmaq xüsusilə müəyyən qruplar üçün ciddi fəsadlara səbəb ola bilər. Oyanandan dərhal sonra tez ayağa qalxanda orqanizm bədən mövqeyindəki dəyişməyə uyğunlaşmaq üçün kifayət qədər vaxt tapmır. Bu isə beyinə gedən qan axınının müvəqqəti azalmasına gətirib çıxara bilər. Nəticədə yaranan ani təzyiq dəyişiklikləri başgicəllənmə, huşunu itirmə və daha ağır hallarda insult riskini artıra bilər.
Soyuq havalarda risk daha da artır
Bu vərdiş xüsusilə qış aylarında daha təhlükəli sayılır. Soyuq hava damarların yığılmasına səbəb olaraq ürək-damar sisteminə düşən yükü artırır. Yaşlı insanlar, həmçinin təzyiqi olanlar, ürək və qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər bu baxımdan daha yüksək risk qrupuna daxildirlər.
Günə yavaş başlamaq tövsiyə olunur
Mütəxəssislər oyanan kimi yataqdan sıçrayaraq qalxmaq əvəzinə bir neçə saniyə yataqda qalmağı məsləhət görürlər. Bu müddətdə yüngül şəkildə gərnəşmək, qolları və ayaqları hərəkət etdirmək bədənin şaquli vəziyyətə uyğunlaşmasını asanlaşdırır. Daha sonra yataqda oturaraq bir–iki dəqiqə gözləmək ani təzyiq dəyişikliklərinin qarşısını ala bilər.
Bədən istiliyini qorumaq vacibdir
Soyuq havalarda səhər saatlarında bədən istiliyinin qorunması da diqqət edilməli məqamlardan biridir. Xüsusilə başın, boynun və ayaqların qəfil soyumasının qarşısını almaq üçün xalat, corab və ev ayaqqabısı kimi geyimlərdən istifadə edilməsi tövsiyə olunur.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bitkilərlə evdə stressi azaltmaq: Lavanda və nanənin FAYDALARI
Xərçəngin dərmanı bu heyvanın bağırsaqlarında imiş
Bu qarışım saçları 5 sm uzadır
Orqanları aktiv şəkildə zəhərləyən 4 QİDA – Məşhur cərrahın siyahısı təəccübləndirdi
Nənələrimizin öskürək üçün bildiyi çay: Kəklikotu
Gecə yarısı oyananlara həkimdən qızıl dəyərində TÖVSİYƏ