Onların maaşı artırılacaq
Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əməkhaqlarının artırılması ilə bağlı təkliflər hazırlanacaq.
Az24.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 – 2030-cu illər üçün Konsepsiya”da öz əksini tapıb.
Ekspert peşəsinin xüsusiyyətləri nəzərə alınaraq onların sosial müdafi əsinin gücləndirilməsi, vəzifələrinin nümunəvi icrasının qiymətləndirilməsi məqsədilə təkliflər hazırlanması, toplanmış təkliflər əsasında müvafiq normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, məhkəmə ekspertlərinin sosial rifahının yaxşılaşdırılması, rəqabətədavamlı əməyin ödənişi sisteminin formalaşdırılması və məhkəmə ekspertizası fəaliyyəti sahəsində dayanıqlı inkişaf təmin edilməsi planlaşdırılır.
Reklam
Oxşar xəbərlər
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ