Onlara Yeni ilə görə 1000 manat veriləcək
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bütün əməkdaşlarına maaşdan əlavə pul veriləcək.
Az24.az xəbər verir ki, bu barədə ali məktəbin rektoru Rüfət Əzizov əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları münasibətilə ADNSU işçilərinin hər birinə 1000 manat ödəniləcək.
Qeyd edək ki, dekabrın 1-də ADNSU-nun Elmi Şurası ali məktəbin professor-müəllim heyətinin əmək haqlarının artırılması barədə qərar qəbul edib. Qərara əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb.
Artımdan sonra professor-müəllim heyətinin əmək haqqı aşağıdakı kimi olub:
– Professor 2150 manat
– Dosent 1700 manat
– Baş müəllim 1500 manat
– Müəllim 1350 manat
Əməkdaşlar yanvar ayının 1-dən əmək haqlarını artımla alacaqlar.
Bundan başqa, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə edib. (yenisabah.az)
Reklam
Oxşar xəbərlər
Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
Bu şəxslərin işdən çıxarılması cinayət məsuliyyəti yarada bilər
Pensiya sistemi dəyişir? Yeni islahatlarla bağlı AÇIQLAMA
Gələn ildən təqaüdlər nə qədər artacaq? – MÜHÜM AÇIQLAMA
Məktəblilər arasında “snus” təhlükəsi – Valideynlərin DİQQƏTİNƏ
Bu şadlıq evində müştərilərə camış əti verilirmiş – FOTO
Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi