Onlara işıq pulunda güzəşt edilə bilər
Hazırda ölkəmizdə soyuq aylarda əhalinin çox hissəsi qazdan istifadəni sərfəli hesab edir. Səbəb isə təbii qazın qiymətinin nisbətən ucuz olması və illərdir formalaşmış infrastrukturun mövcudluğudur.
Məhz mavi yanacağa əli çatmayan şəxslər qışı necə keçirir?
Az24.az xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, elektrik enerjisi ilə isitmə təhlükəsizlik baxımından üstün sayılsa da maddi baxımdan hər zaman sərfəli olmur. Xüsusilə adi elektrik qızdırıcıları və radiotarlar istifadə etdikcə enerji sərfiyyatı xeyli artır və bu da aylıq ödənişlərə birbaşa təsir göstərir.
İqtisadçı Rəşad Həsənov bildirib ki, hökümət həm elektrik enerjisinə görə, həm də qaza görə müəyyən etdiyi limitlər çərçivəsində güzəştlər tətbiq olunur:
Ailə qazdan istifadə etmirsə, bu o deməkdir ki, güzəştin yalnız birindən istifadə etmək olar. Digərlərindən istifadə edə bilmir. Qazla sərfiyyat daha əlverişlidir və bundan məhrum olmuş ailə təsərrüfatı eyni zamanda daha yüksək tariflərlə elektrik enerjisinin xərcini çəkməli olur. Bu da büdcəyə zərərlidir”.
Ekspert qeyd edib ki, enerji təchizatı sahəsində bir neçə faktor nəzərə alınmaqla güzəştli tariflərin tətbiqi labüd sayılır. Xüsusən tək elektrik enerjisi ilə təmin olunan regionlarda buna daha çox ehtiyac görülür.
Reklam
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq – XƏBƏRDARLIQ
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat pul alacaq
Əli Əsədov sərəncam imzaladı
Uşağın anadan olmasına görə müavinəti necə almaq olar?
Sabah bu ərazidə su kəsiləcək – XƏBƏRDARLIQ
Yanvar ayının pensiyaları niyə artımla ödənilmədi? – AÇIQLAMA
Bu ərazilərdə qaz kəsiləcək
Azərbaycanda həbsdə olanlar üçün VACİB XƏBƏR: Hər il 1500 məhkum…