Onlar bu ölkələrə vizasız gedəcək – Qanun

Onlar bu ölkələrə vizasız gedəcək – Qanun

Siyasət 14.01.2026 17:21 2

Azərbaycanla Uqanda arasındakı diplomatik və xidməti pasport sahibləri viza tələblərindən azad edilib.

Az24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

***

Azərbaycanla Somali arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Reklam