Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar – Tacirdən iddialı açıqlama

Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar – Tacirdən iddialı açıqlama

Şou 28.12.2025 19:16 62

“İmadəddin Nəsimi, Mikayıl Müşfiq kimi şair və sənətkarımız var ki, ömürlərini asan başa vurmayıblar. Elələri var ki, nakam gediblər. Mən də öz dövrümdə bəzi haqsızlıqlara, təzyiqlərə məruz qalıram”.

Az24.az xəbər verir ki, bunu müğənni Tacir Şahmalıoğlu “Rəngarəng” verilişində deyib.

Müğənni ölümündən sonra da ondan danışılacağını bildirib: “Amma mən bunu onlara öz sənətimlə qəbul etdirəcəyəm. Onlara qəbul etdirəcəyəm ki, mən başqa şey oxuyuram. Hansı ki, ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar. Çünki mənim oxuduğum musiqilər sırf Azərbaycan dilindədir”.

Reklam