Oktay Kaynarca da saxlanıldı
İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində tanınmış aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla 6 şübhəli saxlanılıb.
Az24.az xəbər verir ki, sənətçi İstanbul Şəhər Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosunun keçirdiyi əməliyyat çərçivəsində tutulub.
O.Kaynarca ilə yanaşı, müğənni Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya da saxlanılıb.
Prokurorluğun yaydığı açıqlamaya görə, şübhəlilərin narkotik maddələrin istifadəsi və istifadənin asanlaşdırılması, eləcə də digər bir sıra cinayət əməllərində iştirak ehtimalı araşdırılır. Bildirilib ki, istintaq prosesi davam edir və araşdırma hərtərəfli aparılır.
Hadisə Türkiyə mediasında və ictimaiyyətdə geniş rezonans doğurub.
Dəniz
Reklam
Oxşar xəbərlər
18-35 yaşlı bu şəxslərə 500 min veriləcək – ŞAD XƏBƏR
İran pulu “sıfır”a düşdü – TARİXİ ÇÖKÜŞ
ABŞ-dan İrana HƏMLƏ: 25 faiz gömrük vergisi tətbiq edəcək
Avropanın bu iki ölkəsi birləşə bilər
Müharibə başlayır? – NATO təyyarələri Türkiyə səmasında
Qonşu ölkədə matəm elan edildi
Keçmiş baş nazir həbs edildi, əmlakı müsadirə olundu
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!