Oğuzda 15 yaşlı oğul anasını öldürdü

Oğuzda 15 yaşlı oğul anasını öldürdü

Hadisə 16.11.2025 12:12 25

Oğuz rayonunda qətl hadisəsi baş verib.

Az24.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Kənd sakini, 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə xəsarət yetirilməsi nəticəsində hadisə yerində dünyasını dəyişib.

Qətlin törədilməsində şübhəli şəxs kimi onun 15 yaşlı oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Reklam