O müğənniləri ailə məclislərinizə çağırmayın – Xanəndədən QALMAQALLI AÇIQLAMA

O müğənniləri ailə məclislərinizə çağırmayın – Xanəndədən QALMAQALLI AÇIQLAMA

Şou 13.11.2025 15:36 2

“Muğam” televiziya müsabiqəsinin qalibi, tanınmış xanəndə Günay İmamverdiyeva “Öz aramızda” verilişindəki açıqlaması ilə gündəm olub.

Az24.az xəbər verir ki, sənətçi bayağı ifaçıları və açıq-saçıq səhnə geyimi ilə məşhurlaşan müğənniləri və onları  məclislərinə dəvət edənləri sərt tənqid edib.

Xanındə belə müğənnilərin məclislərə çağırılmasını yanlış hesab edir.

“Elə bədən quruluşunda və geyimdə olan ifaçıları necə ailə məclisinə çağırırsınız? Körpə balanız, ailəniz qarşısında çıxış edirlər. Uşaq valideyndən tərbiyə alır, amma bu insanları həyatda da görür. Onsuz da sosial şəbəkədə uşaqlarımız hər şeyi görür. Öz xanımlarınızın, qızlarınızın yanına belələrini necə layiq görürsüz?”

Günay İmamverdiyeva onları şou müğənniləri adlandırmağı a düzgün hesab etməyib.

“Azərbaycanda şounu göstərən Aygün Kazımova, Röya, Tünzalə Ağayevadır. Xahiş edirəm, bayağı musiqi ifa edənləri şou adlandırmayın”.

Onun bu fikirləri sosial mediada geniş müzakirələrə və fərqli reaksiyalara səbəb olub.

Ətraflı videoda:

Dəniz

Reklam