Nuradan heç vaxt salamlaşmadığı Roza haqqında ŞOK AÇIQLAMA
Müğənni Nura Suri həmkarı Roza Zərgərli ilə bağlı paylaşım edib.
Az24.az xəbər verir ki, müğənni R.Zərgərlinin sənət uğurlarına sevindiyini bildirib:
“Mənim kiminləsə yaxşı münasibətim olmasa belə, hətta bir-birimizdən zəhləmiz də getsə, yenə də haqqını tapdalamaram – yaxşıdırsa, yaxşı deyərəm.
Neçə vaxtdır kənardan Roza Zərgərlinin ölkə xaricində gördüyü münasibəti, sevgini və hörməti müşahidə edirəm. O gün Malaxov onun əlini öpüb ona heyranlıqla baxırdı. Bütün bunları görüb bir azərbaycanlı ifaçının uğuruna sevinməmək və yaxud görməzdən gəlmək yalnız paxıllıqdan qaynaqlana bilər.
Şəxsən mən Roza Zərgərlinin uzun müddətdir ölkə xaricində qazandığı uğurlara sevinirəm. Özü ilə də heç vaxt yaxşı münasibətimiz olmayıb, bir-birimizi görəndə heç salamlaşmamışıq da. Ard-arda çıxardığı mahnıları da, geyim tərzi də çox zövqlüdür. İllərdir milyonlarla pul xərcləyib layihələr edən, “mənəm-mənəm” deyən ifaçılar belə, ölkə xaricində bu cür uğur qazana bilməyiblər”.
Dəniz
Reklam
Oxşar xəbərlər
Tanınmış müğənni Ülviyyəni təhqir etdi: “Tərbiyəsizdir, pis qızdır”
Nəvəmə Antalyadan ev aldım – Kubra Əliyeva
Röya Afaqdan şikayət etdi: Məni təqdim edə bilmir
Qumral ərinin ad gününü belə təbrik etdi – VİDEO